Haqqımızda

Ölkədə fəaliyyət göstərən QHT-lərin söz və xəbər tribunası olan QHTXEBER.AZ saytı 2009-cu il dekabrın 1-dən internet istifadəçilərinin ixtiyarındadır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHTXEBER.AZ saytı hazırda Azərbaycanda QHT və vətəndaş cəmiyyəti sahəsində fəaliyyət göstərən ən böyük xəbər portalı sayılır. Sayt QHT-lərlə bağlı gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, eyni zamanda oxucularına həm də reportajlar, araşdırmalar, həmçinin dövlət siyasətini dəstəkləyən ayrı-ayrı məlumatları özündə cəmləşdirən maraqlı materiallar təqdim edir.

Saytımızda QHT-lərin Şuranın və digər donor təşkilatların maliyyə yardımı ilə icra etdiyi ayrı-ayrı layihələr barədə xəbərlər, mütəxəssislərin QHT qanunvericiliyi ilə bağlı fikir və mülahizələri, eyni zamanda maraqlı müsahibələr işıq üzü görür.

QHTXEBER.AZ daim QHT-lərin söz və xəbər tribunası olmaqda davam edəcək. Sayt bizimlə əməkdaşlıq etmək istəyən hər kəsin üzünə açıqdır.

Saytın baş redaktoru Sənan Nəcəfovdur.

Ünvan: Bakı, F.Əmirov 1.
Tel: (994 12) 333-55-55
E-mail: qhtxeber@gmail.com