Jurnalistlərin nəzərinə!

Azercell Telekom MMC sentyabrın 21-də media nümayəndələri üçün “Peşəkar mətbuatda sosial şəbəkə texnologiyaları: formatlar, mövzular, məhdudiyyətlər”mövzusunda təlim təşkil edir.
 
qhtxeber.az moderator.az-a istinadən xəbər verir ki, təlim Ramada Baku otelinin (Salyan Şosesi,Şıxov çimərliyi,) “Meeting room”zalında 10.00-18.00 saatlarında baş tutacaq (kofe və nahar fasiləsi daxil olmaqla).
 
Jurnalistlərin gediş və dönüşü Azercell tərəfindən təşkil edilir.  Təlimin sonunda jurnalistlərə sertifikatlar təqdim ediləcək.
 
Təlimdən sonra saat 19.00-da jurnalistlər Azercell rəhbərliyi və baş redaktorların da iştirak edəcəyi ziyafətə qatılacaqlar. Tədbir konsert proqramı, əyləncəli viktorinalar, lotereya oyunları və hədiyyələrlə davam edəcək.
 
Xahiş edirik təmsil etdiyiniz mediadan 1 nəfər jurnalistin iştirakını təmin edəsiniz.
İştirak edəcək jurnalistin ad, soyad və əlaqə nömrəsini bazar ertəsi saat 12.00-a qədər bizə göndərməyiniz xahiş olunur. (Telekommunikasiya sahəsi üzrə işləyən müxbirin iştirakı arzuolunandı).