Şuranın 10 illik yubileyi ilə bağlı fərqli təqdimat video-çarxı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaranmasının 10 illiyi ilə əlaqədar olaraq “Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası- 10il” adlı statistik video-çarx hazırlanıb. Həmin film artıq sosial şəbəkələrdə paylaşılır. 
 
Video-çarxda Prezident İlham Əliyevin Şuranın yaranması ilə bağlı sərəncamları, Şuranın e-xidmətləri, beynəlxalq layihələr, son ildə daha çox diqqət cəlb edən seçilmiş layihələr, “Qarabağ mövzusu”və digər bloklar yer alıb. Filmdə 10 il ərzində həyata keçirilən layihələrin statistikası, infoqrafik, nəfis tərtibatda təqdim edilib. 
 
Şuranın 10 illik yubileyi ilə bağlı hazırlanmış video çarxı təqdim edirik