Prezident mükafatçısı Hökumətlərarası Təqaüd Proqramının məzunudur

qhtxeber.az  Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına layiq görülən Allahverdi Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur.
 
Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə işi fakültəsinin məzunu olan Allahverdi Şahverənov 2013-2016-cı illərdə həmin proqram çərçivəsində Çin Xalq Respublikasının Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorant təhsili alıb. 2016-cı ildə ölkəyə qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edib.  2016-cı ildə dissertasiyasını müdafiə edərək tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb.
 
 
2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan Allahverdi Şahverənov hazırda  AMEA Genetik Ehtiyat İnstitutunun İnsan genetikası laboratoriyasının müdiridir.
 
Azərbaycan, alman, ingilis, rus, çin və türk dillərini bilir.