“Əsas Həyat Bacarıqları 3” layihəsinə qeydiyyat başlayıb

qhtxeber.az  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Gəncləri Evi və UNİCEF-in birgə təşkilatçılığı ilə “Əsas Həyat Bacarıqları 3” (Basic Life Skills 3) layihəsinə qeydiyyat başlayıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihədə iştirak etmək hüququ qazanacaq gənclər 2 ay müddətində stressin idarəolunması, emosional tənzimlənmə, şəxslərarası effektivlik, empatiya, özünəinam kimi ümumilikdə 16 mövzuda keçiriləcək interaktiv təlimlərin iştirakçısı olmaq şansı əldə edəcəklər.
 
Layihəyə seçim iki mərhələdə aparılacaq.
İlk mərhələdə 17 fevral tarixinə qədər elektron müraciətlər qəbul ediləcək. 
İkinci mərhələdə isə edilən müraciətlərə əsasən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Layihənin gedişatında keçiriləcək bütün təlimlərdə iştirak mütləqdir.
 
Qeydiyyat üçün link: https://docs.google.com/…/1TuJHrQ5hd1W77FH6EGd0EKsF11A…/edit