Bakı ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub

Bakı şəhəri MDB-nin ən romantik şəhərlərinin ilk beşliyinə daxil olub.
 
Bunu "TurStat" analitik agentliyi bildirib. Reytinq rusiyalı turistlərin iştirak etdiyi internet-sorğusu əsasında tərtib olunub.
 
İlk beşliyə həmçinin Gürcüstan paytaxtı Tbilisi, Qazaxıstanın paytaxtı Astana, Belarus paytaxtı Minsk və Moldovanın Kişinyov şəhərləri daxil olub.(trend)
 
MDB-nin romantik şəhərləri sırasına həmçinin Bişkek və Almatı şəhərləri də daxil olub.