Türkiyədə Xocalı Parkı açılacaq – bu gün

Bu gün Türkiyənin Kahramanmaraş şəhərində Xocalı Parkının açılış mərasimi keçiriləcək. Parkın salınması Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsidir.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində rəsmi şəxslər, diplomatlar, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli sakinlər iştirak edəcəklər.