İnstitut vakansiya elan edib

Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu mühəndis-proqramlaşdırıcı ştatına vakansiyası elan edir.
 
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək istəyən təcrübəli namizədlər sənədlərini info@zoology.science.az ünvanına göndərə bilərlər.
 
Sənədlər vakansiya elan edilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.