Sosial islahatlar: hədəflər və əldə olunan nəticələr

Elnur Hacalıyev


«Əsl siyasət konkret real iş görməkdir» devizinə sadiq qalan Prezident İlham Əliyev xalq qarşısında verdiyi vədləri yerinə yetirməklə, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir. Təkcə cari ilin yanvarından başlayaraq sosial sferaya aid qəbul edilən fundamental qərarlar, imzalanan sərəncamlar Prezidentin xalqın mənafeyindən çıxış etdiyini bir daha təsdiqləyir.
 
Həyata keçirilən  çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret olması ilə diqqət çəkir. Aparılan sosial isla-hatları analiz etdikdə bir daha aydın görünür ki, əhalinin sosial müdafiəsi məsə-lələrində ünvanlılıq prinsipi gözlənilir. Təqaüdçülərin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təmi¬natının yaxşılaşdırılması onların həyat səviyyəsinin yüksəldilməsinə hesablanıb.
 
Prezident İlham Əliyev bu günlərdə iqtisadi və sosial məsələlərlə bağlı keçirdiyi müşavirədə bu kateqoriyadan olan insanların sosial təminatının yaxşıladırılmasının daim diqqətdə saxlanıldıgını konkret faktlarla sadaladı: "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Hələ keçən ilin dekabr ayında hərbçilər üçün inşa edilmiş yeni binanın açılışı zamanı bildirmişdim ki, şəhid ailələrinin sosial məsələləri öz həllini tapacaq. Bildiyiniz kimi, prezident seçkilərindən sonra  imzaladığım ilk Fərman şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı idi. Siyahılar dəqiqləşdirilirdi və ilkin təhlil onu göstərmişdir ki, təqribən 9500 şəhid ailəsinə ödəmələr veriləcəkdir. Ancaq sonra dəqiqləşmə aparıldı. Dekabr ayında mən bildirdim ki, dəqiqləşmə nəticəsində bu rəqəm artacaq və artdı. Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu ilin sonuna qədər bu proqram tam icra olunacaqdır. Bununla paralel olaraq, şəhid ailələri ilə görüşdə onlar məsələ qaldırdılar ki, müavinətlər də artsın. Dərhal Fərman imzalandı və bu müavinət 242 manatdan 300 manata artırıldı. Maddi imkanlarımız artdıqca, əlbəttə ki, daim bu məsələ diqqət mərkəzində olacaqdır. Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət də bu yaxınlarda artırılmış, 220 manatdan 300 manata qaldırılmışdır. Bu da ədalətli yanaşmadır. Bir sözlə, bütün bu məsələlərlə bağlı biz ardıcıl olaraq öz siyasətimizi aparırıq. Maddi imkanlarımız artdıqca, ilk növbədə, bu məsələləri həll edirik”.
 
Sosial-iqtisadi siyasətin əsas prioritetlərdən biri də məhz respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır. Bu amili son illərin dövlət büdcəsinə nəzər salarkən aydın şəkildə görmək olar. 2019-ci ilin dövlət büdcəsinin 33,4 faizinin məhz sosialyönümlü xərclərə ayrılması bir daha təsdiqlədi ki, sosial müdafiənin təmin edilməsi ölkə rəhbərinin daim diqqət mərkəzində olan məsələdir.  Bu il əməkhaqqları 38 faiz artıb. Minimum pensiyaların məbləği də 38 faiz artaraq 116 manatdan 160 manata yüksəlib. Minimum pensiyanın artırılması 223 min insanın pensiya təminatının yaxşılaşdırılmasına yönəlib. İqtisadi islahatların nəticəsi olaraq ölkəmizdə əməkhaqları, pensiyalar da davamlı olaraq artırılacaq.
 
Prezident müşavirədə dogma yurdlarından didərgin düşmüş məcburi köçkünlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması ilə baglı davamlı tədbirlərin həyata keçiriləcəyini bildirdi: "Məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Müvafiq göstərişlər verildi. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcəkdir. Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək. Bu günə qədər mənzil almayan bütün şəhid ailələri əminəm ki, növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Onu da bildirməliyəm ki, bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilmişdir”.
 
Ölkədə yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət göstərir. Aparılan genişmiqyaslı işlərlə baglı ölkə ictimaiyyətinə mütəmadi məlumatların verilməsi  cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir.  Milli inkişafı təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən dövlət başçısı höku-mətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tarixində mütərəqqi ənənəyə çevirməsi dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin təcəssümüdür.
İstər paytaxtda istərsə də bölgələrə səfərlərində vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkinvə həssaslıqla onların problemlərini dinləyən, bu problemlərin həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin buaddımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin vətəndaşların mənafeyinin müdafiəsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumalara qəti tapşırıqlar verməsi ictimai fikirdə ölkədəki islahatlarınuğurla davam edəcəyinə inam yaradır. Son dönəmlərdə vətəndaşları ən çox narahat edən məsələlərdən biri də banklarla yaranmış problemlərinin dövlətin müdaxiləsi əsasında həll edilməsi ilə baglı idi.
 
Dövlət başçısı müşavirədə bu məsələnin də nəzarətə götürüldüyünü və tezliklə həll ediləcəyini bildirdi: "Vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır. Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir.
Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir”.
 
Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatlar və nəticələr göz qabagındadır. Görülən bu işlər sosial islahatlar paketinin tərkib hissəsidir. Bu bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.