100 illik yubileylə bağlı müsabiqə elan edilib

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının milli sərvəti” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə rəsm müsabiqəsi elan edilir.
 
Universitetin Mətbuat və informasiya şöbəsindən trend-ə verilən məlumata görə, rəsm əsərləri yağlı boya, akvarel, quaş, tikmə, qrafika, taxta üzərində yandırma və. s texnikalarla işlənə bilər.
 
Rəsm əsərlərinin məzmunu universitet həyatını əks etdirməlidir.
Rəsm əsərləri 30 iyun 2019-cu il tarixinədək BDU Həmkarlar İttifaqı Komitəsinə təqdim edilməlidir.
 
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar, fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcək.