AQTİ maarifləndirmə tədbirlərini davam etdirir

qhtxeber.az  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşkilatçılığı və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncədəki regional  bölməsinin təşəbbüsü ilə "İstehsal və ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və şəxsi gigiyena qaydaları" mövzusunda təlim keçirilib. 
AQTİ-nin Sahibkarlarla Əməkdaşlıq Departamentinin əməkdaşı Seymur Qafarov tərəfindən aparılan tədbirdə iştirakçılara təmizlik vərdişlərinə yiyələnmə, şəxsi gigiyena qaydaları, müəssisələrdə sanitar-gigiyenik normaların qorunması, qida məhsullarının çirklənməsi, HACCP prinsipi haqqında ilkin məlumatlandırma, zərərvericilərlə mübarizə, COSHH sistemi, kimyəvi vasitələrin düzgün istifadə qaydası və s. mövzular barədə maraqlı məlumatlar verilib.
 
İnteraktiv üslubda keçirilən təlimdə video materiallar təqdim olunub, iştirakçılar öz fikir və təkliflərini diqqətə çatdırıblar, suallar cavablandırılıb. 
 
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.