Gəncədə “Novruz kuboku” açıq şahmat turniri keçirilir

qhtxeber.az  Gəncə şəhər 2 saylı Uşaq-Gənclər İdman-Şahmat Məktəbində “Novruz kuboku” açıq şahmat turnirinə start verilib. 
 
6 qrup üzrə İsveçrə sistemi ilə 9 turda keçirilən yarışlarda rekord sayda 402 yeniyetmə şahmatçı iştirak edir.
 
qhtxeber.az-a daxil olan məlumata görə, yarışlarda Gəncə şahmatçıları ilə yanaşı Samux və Naftalan şəhərinin iti zəka sahibləri də güclərini sınayırlar.
 
Qeyd edək ki, 11 martda başlayan yarışlara 17 martda yekun vurulacaq. Hər qrup üzrə müvafiq xal toplayan şahmatçılar müxtəlif dərəcə normativlərini yerinə yetirmiş olacaq.