Özbəkistanın ekolog.uz portalı: “Xudafərin körpüləri: qədim dövrdən bu günümüzə qədər”

Özbəkistanın ekolog.uz portalı qədim Xudafərin körpüləri haqqında rus dilində geniş material verib.
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Xudafərin körpüləri: qədim dövrdən bu günümüzə qədər” sərlövhəli məqalədə Araz çayı üzərində salınan bu iki körpünün tikilmə tarixi və əhəmiyyəti haqqında ətraflı söhbət açılır.
 
Bildirilir ki, bu körpülər memarlıq və bədii-texniki göstəricilərinə, yerli və regional əhəmiyyətinə görə nadir tikililərdən sayılır. Bu nadir körpülər XIX əsrdən başlayaraq Azərbaycanın ərazi bütövlüyünün simvoluna çevrilib.
 
Yazıda deyilir ki, Araz çayı üzərində zaman-zaman tikilən körpülərin ən populyar, möhkəm və davamlısı Xudafərin körpüləridir.
 
Məqalədə körpülərin Xəlifə Ömərin əmri ilə hicri təqvimi ilə 643-644-cü illərdə Bukayr ibn Abdullanın rəhbərliyi ilə tikildiyi bildirilir. 15 və 11 aşırımlı körpülər Böyük İpək Yolunun inkişafında da mühüm rol oynayıb və hərbi-strateji cəhətdən də müstəsna əhəmiyyəti olub.
Tarixi hadisələr sübut edir ki, qısa müddətdə Xudafərin körpüləri vasitəsilə şimala və cənuba böyük qoşun keçirmək mümkün olub.