QHT sədri: “Şuranın təsis etdiyi bu proqram QHT-lərin yükünü azaltdı”

qhtxeber.az  “Şuranın təsis etdiyi bu proqram həqiqətən də bütün QHT-lərin yükünü azaltdı”.
 
Bunu “Müasir Azərbaycan Qadını” İctimai Birliyinin sədri Kəmalə Muradlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS haqda fikirlərini bölüşərkən deyib.
 
Kəmalə Muradlı bildirdi: “Bilirsinizmi saatlarla qapılarda dayanırdıq, növbələr gözləyirdik. Bəzən növbə çatırdı, bəzən çatmırdı. İndi o qədər rahatdır. Mən sənədlərimi o qədər asan yerləşdirdim. Bu qədər işin 10 dəqiqəyə icra olunması mükəmməldir. Hər kəsə təşəkkür edirəm”.