QHT nümayəndəsi: 10 dəqiqəyə bütün işləri həll edirsən

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbədən istifadə edən QHT rəhbərləri təəssüratlarını bizimlə bölüşməkdə davam edirlər.
 
 “Vətənpərvərliyinin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri müavini Rəşad Məmmədov: “Yeni sistem çox uğurludur. Əvvəllər nəinki saatlarla, hətta günlərlə  vaxtımız gedirdi. İndi kompüterin arxasında əyləşib bütün prosedurları həll edirsən və gəlib 10 dəqiqəyə bütün işləri həll edirsən. Təşəkkür edirik”.