QHT sədri: Şuraya təşəkkür edirik

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS haqda QHT sədrlərinin təəssüratlarını bölüşməkdə davam edirik.
 
Ekstremal Jurnalistika İctimai Birliyinin rəhbəri Firuzə Əsədullayeva SƏLİS haqda deyib: “SƏLİS çox gözəl oldu. Şuraya təşəkkür edirik. Növbələrdən yorulmuşduq. İndi bütün işi bir kompüterlə həll edirik. Sonda da elektron növbə götürüb gəlirik. Bundan gözəl nə ola bilər”.