QHT sədri: “Proqram insanların 2-3 gün vaxt itkisinin qarşısını aldı”

qhtxeber.az  “Şuranın bu proqramı innovativ texnologiyaların tətbiqi ilə bağlıdır”.
 
Bunu  Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşviq Ələsgərli Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS-in 2019-cu ildə tətbiq edilən ilk proqramı e-Növbə haqda fikirlərini bildirərkən söyləyib.
 
Müşviq Ələsgərli deyib: Elə bizim təşkilatından da adı belədir. QHT-ni digər qurumlardan fərqləndirən cəhət odur ki, dünyadakı yenilikləri öyrənib innovativ və faydalı olanını tətbiq etmək. Bu  baxımdan çox faydalı oldu. Bu proqram ən azından insanların 2-3 gün vaxt itkisinin qarşısını aldı. İndi isə hər iş rahatdır”.