“MFL Gəncə Kuboku 2019” yarışının püşkatma mərasimi keçirilib

qhtxeber.az  Gəncədə MFL və şəhərdə fəaliyyət göstərən “Offside Club”un birgə təşkil etdiyi “MFL Gəncə Kuboku 2019” adlı həvəskarlardan ibarət futbol yarışmasının püşkatma mərasimi baş tutub.
 
qhtxeber.az-a daxil olan məlumata görə,  64 komanda arasında reallaşdırılan mərasimdə MFL-in direktoru Rəhman Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Offside Klubun icraçı direktoru Elnur Movlayev iştirak ediblər. 
 
MFL-in direktoru Rəhman Hacıyev bildirib ki, MFL öz fəaliyyətini artıq Gəncə şəhərində davamlı şəkildə realaşdıracaq  və cari ilin oktyabr ayından etibarən Bakıda olduğu kimi Gəncə şəhərində də oyunlar uzun müddətli şəkildə həyata keçiriləcək.
 
Qeyd edək ki, oyunlara 20 aprel tarixdən Offside Klubun mini stadionunda start veriləcək. “MFL Gəncə Kuboku 2019” “Gəncə Avropa İdman Şəhəri 2019” layihəsinin fəaliyyət planın bir hissəsidir.