QHT sədri: “Bu sürətdə bütün işlərin həll olunması mükəmməldir”

qhtxeber.az saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS haqda QHT sədrlərinin fikirlərini təqdim etməkdə davam edir.
 
“Doğma Yurda Qayıdış” İctimai Birliyinin sədri Səməd Hətəmov deyib: “Sənədlərin bu formada imzalanması, yeni sistemin tətbiqi təqdirə layiqdir. Bu sürətdə bütün işlərin həll olunması mükəmməldir. Vaxt itkisi yoxdur. Bu cür yenilikləri dəstələyirəm. Davamlı olsun”.