“Aqrar İnkişaf Könüllüləri”nin silsilə təlimləri davam edir

qhtxeber.az  ADAU-nun Aqrobiznes və İdarəetmə fakultəsinin tələbələrinə “Könüllü fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu” adlı təlim keçirilib.
 
qhtxeber.az-a daxil olan məlumata görə, təlimdə könüllülərə Azərbaycan Respublikasında geniş vüsət almış könüllülük hərəkatı haqqında danışılıb. 
 
Aqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin problemlərini yerində müəyyən etmək, həlli yollarını axtarmaq, bu sahədə gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sferaya yönəltmək məqsədi ilə yaradılan Aqrar İnkişaf Könüllüləri Təşkilatının fəaliyyəti barədə məlumat verilib. 
 
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Gəncə nümayəndəliyinin üzvü Ruslan Vəliyev bildirib ki, cənab Prezident İlham Əliyevin gənclərin könüllü olaraq fəaliyyətini yüksək qiymətləndirməsi, könüllü fəaliyyətini diqqətdə saxlaması, Aqrar sahədə olan könüllülük hərəkatına xüsusilə dəstək göstərməsi gənclərimiz üçün çox böyük stimul olub. 
 
Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakültəsinin Marketinq, Mühasibat uçotu və Audit ixtisasının tələbələri iştirak ediblər.