QHT nümayəndələri cəbhəyanı bölgələrdə təlim məşq toplantısında iştirak ediblər

qhtxeber.az  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç komitəsinin əməkdaşlarının iştirakı ilə Qazax, Füzuli, Tərtər və Ağdam bölgələrində adı gedən rayon bölmələrinin fövqəladə hallara hazırlıq üzrə mobil könüllü qruplarının iştirakı ilə ilk yardım postlarının qurulması və bu rayon məktəblərində yuxarı sinif şagird və müəllim heyətlərinə ilk yardım vərdişlərinə maarifləndirilməsi və ilkin tibbi yardımın göstərilməsi sayəsində maarifləndirici tədbirlər aparılıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, rayon  məktəblərində 8 may Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara günü ilə bağlı tədbirlər planı üçün hazırlıq işləri də görülüb. 
 
Maarifləndirmə tədbirlərinin əsas məqsədi QX/QA hərəkatına dair bilik və maraqların, humanitar dəyərlərin və mərhəmət hissinin artırılmasıdır.
 
Tədbirin 4 cəbhəyanı bölgə olmaqla 4 rayon məktəbində 2 gün keçirilməsi nəzərdə tutulur.