CESD təlim kursları təşkil edəcək - Yerlər məhduddur

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 6-8 May 2019-cu il tarixində Avropa Birliyindən dəvət edilən aparıcı təlimçinin iştirakı ilə Bakıda təlim kursları təşkil edəcək. 
 
qhtxeber.az bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbıəri Vüqar Bayramovun “facebook” səhifəsinə istinadən xəbər verir.
 
Təlimdə layihələrin necə yazılması, fundreyzinq, proqramların idarəedilməsi kimi aktual mövzularda təlim keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Nahar və çay fasilələri CESD tərəfindən təşkil ediləcək. Təlimlərdə dinləyici kimi Gürcüstan və Belarusdan da iştirakçılar olacaq. Təlim ingiliscə təşkil olunacaq. Təlimə Azərbaycandan 5 nəfər iştirakçı dəvət etmək planlaşdırılır. Yerlər məhduddur.
 
Marağı olanlar CV-lərini 3 May 2019-cu il tarixinədək info@cesd.az ünvanına göndərsinlər. Seçim komissiyası tərəfindən müraciətlər qiymətləndirilib seçilmiş namizədlər məlumatlandırılacaq.
 
 

SON ƏLAVƏLƏR