Heydər Əliyev Fondu əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
 
Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə və Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətlərinə görə Heydər Əliyev Fondunun aşağıdakı əməkdaşları təltif edilsinlər:
 
“Şöhrət” ordeni ilə
 
Ələkbərov Anar Sahib oğlu
 
“Tərəqqi” medalı ilə
 
Ağayeva Şəmirə Vahid qızı
Bayramov Azər Novruz oğlu
Əliyeva Gülşən Şəfa qızı
Məmmədov Emin Səlhab oğlu
Məmmədov Soltan Teymur oğlu.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 6 may 2019-cu il
Prezident.az