Şuranın dəstəyilə “Öz işini qur”

qhtxeber.az  “Təmas” Regional İnkişaf İctimai Birliyi Gəncə şəhərində “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reabilitasiya-Reinteqrasiya Mərkəzinin fəaliyyətinin dəstəklənməsi” layihəsinin icrasına başlayıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. 
 
Layihənin əsas məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımlar göstərməkdən, Yardım Mərkəzinin davamlı fəaliyyətini təmin etməkdən, insan alverinə qarşı mübarizənin səmərəliyi üçün yerli vətəndaş cəmiyyəti və aidiyyatı dövlət orqanları ilə əməkdaşlığı gücləndirilməkdən ibarətdir. Həssas vəziyyətdə olan qadınları iqtisadi cəhətdən gücləndirmək xüsusu da layihənin məqsədləri arasında yer alır. 
 
Layihə şərçivəsində “Öz işini qur” mövzusunda iki günlük biznes təlimlərinin keçirilməsi nəzərdə tutulub. Təlimlərə əsasən Qərb bölgəsində yaşayan, məişət zorakılığından əziyyət çəkən qadınların cəlb olunması planlaşdırılır.