Tərbiyədən nəsibini almamışlar

Əkbər Qoşalı


Şərəf yoxsulları
 
Mən vətəndaş cəmiyyəti institutu təmsilçisi olaraq, yazar olaraq, fikir plüralizmini, söz azdlığını təbliğ və tərənnüm edənlərdənəm. Odur ki, çox da uzağa getmədən, deyirəm: lakin bu təbliğ və tərənnüm dövlətə, xalqa, mədəniyətə, insan ləyaqətinə yönələnlərə əsla və əsla aid ola bilməz!
 
Mayın 13-də Brüsseldə 5-6 nəfər, elementar səviyyədə belə tərbiyədən nəsibini almamış ünsürün aksiya keçirməsi - daha doğrusu, aksiyaya cəhd etməsi, bu şərəf yoxsunlarının müstəqil Azərbaycan dövlətinə, öz qohum-əqrabalarının da aid olduğu xalqımıza müna¬sibətsiziyini (yaxud düşmən münasibətini) açıq şəkildə göstərir.
 
Bu aksiya cəhdi ilə o yaramazalar Azərbaycan torpaqlarının işğalında məsuliyyət payı olan (daha doğrusu, birbaşa iştirakı şübhə doğurmayan) beynəlxalq erməni maliyyə və təbliğat maşınının çəpdişli çarxları altındaymış kimi hərəkət edirlər. Əgər sabah-birisigün bu barədə hansısa gizli yazışma, hanısasa  ödəmə, köçümrə, nə bilim, bir başqa forma, janr və məz¬munlu sənəd (fakt) ortaya çıxsa, bu heç təəcüb doğurmayacaq! - Anadolulu qardaşlarımızın bir yaxşı sözü var: Ağlın yolu birdir. - İndi, adama deyərlər, sən, erməni diasporundan, ermənilərin maliyyələşdirdiyi  fondlardan pul-para almırsansa, niyə onlarla eyni mövqedəsən: düşmən də Azərbaycan dövlətinin nüfuzdan salınmasına çalışır, sən də; düşmən də Azər¬baycanın dövlət ərkanını hədəf alır, sən də; düşmən də xalqımızı barbar, mədəniyyətsiz kimi qələmə verməyə çalışır (oysa, məhz özləri mədəniyyətdən, birgəyaşayış kurallarından min km.-lərlə uzadır), sənin hərəkətlərin də nəticə etibarı ilə buna xidmət edir. - Daha, bu qədər paralellik varkən, hətta, bir neytral müşahidəçi belə sənin haqqında nə düşünsün, nə desin?
 
Sözügedən aksiya cəhdinin kadrlarından da göründüyü kimi, yaramazların "düşüncə"si, "təfəkkür"ü başdan yox, qaloş altından, olsa-olsa mədədən gəlir... Mağara təfəkkürlü belə qaragüruhçuluq özü özünü ifadə edir - daha doğrusu, "ifadə" yaxşı sözdür və bu yerdə heyif olmasın - özlərini biabır edir.
 
Nə qədər səviyyəsiz olasan, artıq vurğuladığımız kimi, elementar tərbiyə normalarından nə qədər nəsibsiz olasan ki, xəlqi duyğular, milli qürur, hətta adi insani hisslər səninçün bir bu qədər dəyərsizləşmiş olsun.!?
 
Artıq kimi və necə inandıra bilərsən ki, onlar Azərbaycan dövlətinin, xaricdəki dias¬porumuzun  erməni işğalına son qoymaq yönündə çalışmalarının zəiflədilməsinə çalışmır? Necə inanaq ki, bu buraxmalar, anti-milli hərəkətlərinə görə erməni lobbi güclərinin tap¬şırıqlarını yerinə yetirmir? - Baxın, hətta bunu da deyim: əgər bu hərəkətləri şüurlu şəkildə deyil, oyuna düşmüş, hansısa "zaafı"ndan asılı qalaraq edirlərsə, çox pis! - Yox, məhz şüurlu, düşünülmüş şəkildə edirlərsə, dəfələrlə çox pis! - Bu halda belələrinin haqq yola geri¬dönüşünü modellərşdirməyə çətinlik çəkirəm. doğrusu...
 
Doğrudur, deyilə bilər ki, 5-6 nəfər mənəviyyat yoxununun erməni köləsi olması, belələrinin etiraz təşkil etmək cəhdinin bir effekt verməməsi bizi niyə rahatsız edir? - Bir baxıma doğrudur; lakin o "niyə" sualının cavabı, Xalq şairi Fikrət Qocanın bu sözlərində saxlanır:
 
Babalarım:
Bəy olub, mərd olub,
qaçaq olub, mərd olub;
Qoçaq olub, mərd olub,
kasıb olub, mərd olub;
Bəs bu namərdlər hardandır,
bax, bu mənə dərd olub...
 
Bizim mühacirlər olub, qaçaqlar olub, qoçaqlar olub, vuran-tutan oğullar olub, siyasi qütbün fərqli tərəflərində duranlar olub, barışmazlar da olub, ancaq heç biri belə olmayıb, belə olmayıb! - Bax, ona görə də, deyirəm ki, bu yaramazalar hardan pırtdadı çıxdı? Axı, onlar özlərinin "elani-sığorta" etdikləri kimi hakimiyyətə deyil, Azərbaycan dövlətinə və xalqına qarşı düş¬mən münasibətin içindədirlər artıq - doğrudanmı fərq etmirlər və doğ¬ru¬danmı fərq edənlər də onlara kor-koranə züy tutur?
 
Deyirəm, artıq suallar da sual olmaqdan çıxır,deyəsən...
 
Milli QHT Forumu İdarə Heyətinin üzvü