Şura “Ölkəmizin sosial-iqtisadi inkişafında fermer və torpaq mülkiyyətçilərinin rolunun artırılması”nı dəstəkləyir

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Muğan” Kənd Təsərrüfatı Məhsulları İstehsalçılarının İctimai Birliyi “Ölkəmizin sosial-iqtisadi inkişafında fermer və torpaq mülkiyyətçilərinin rolunun artırılması” layihənin icrasına başlayıb.
 
Layihə torpaq mülkiyyətçilərinə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün nəzəri və pratktiki bacarıqların aşılanması, kənd təsərrüfatında yeni (innovativ) texnologiyalar haqqında məlumatların verilməsi, məhsullarının bazara çıxış imkanlarının artırılması üçün maarifləndirici tədbirlərin təşkil edilməsindən bəhs edir.
 
Layihənin məqsədi torpaq mülkiyyətçilərinin aqrotexniki qaydalar sahəsində bilikləırini artırmaqla yüksək məhsuldarlığa nail olmaq, bununla da ölkənin iqtisadi potensialının gücləndirilməsinə, fermerlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdır.
 
Qeyd edək ki, layihə çərçivəsində fermerlərin və digər torpaq mülkiyyətçilərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə məlumatlandırma seminarlarının təşkil olunması,  metodiki vəsaitlərin  hazırlanması, paylanması və digər işlərin görülməsi nəzərdə tutulur.