Şuranın dəstəyilə fermer birliklərinin yaradılmasına kömək məqsədilə maarifləndirmə tədbirləri keçiriləcək

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlara Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyi “Kəndli fermer birliklərinin yaradılmasına kömək məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlayıb.
 
Layihə məhsuldarlığın artırılması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrı ayrılıqda fəaliyyət göstərən fermerlərin istehsal sahələri üzrə birliklərin (kooperativlərin, assosiasiyaların) yaradılmasına cəlb edilməsi üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən bəhs edir.
 
Layihənin məqsədi fermerlərin bütün resurslardan birgə istifadə etməklə məhsul bolluğu yaratmaq mexanizmlərinı tətbiq etmələrinə nail olmaqdan ibarətdir.
 
Layihə çərçivəsində İmişli rayonunun kəndlərində ayrı-ayrılıqda fəaliyyət göstərən və xeyli çətinliklərlə üzləşən fermer və digər torpaq mülkiyyətçilərinin resurslarını birləşdirərək müxtəlif birlik, kooperativ və assosiasiya formasında birgə fəaliyyət göstərəcəyi təqdirdə hansı üstünlüklər əldə edəcəkləri və hansı nailiyyətləri qazanacaqları haqqında biliklərini artırmaq məqsədi ilə seminarlar təşkil olunacaq.