Şuranın dəstəyilə 5 fakültədən 51 tələbə...

qhtxeber.az  Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.
 
qhtxeber.az-a daxil olan məlumata görə, layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. 
 
 
Layihənin əsas hədəfi gənclərdir. Bu məqsədlə layihənin İcra planına əsasən Gəncədə Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə “Ailə qanunvericiliyinin və genderəsaslı zorakılıqla bağlı qanunvericiliyin təşviqi” adlı görüş keçirilib. Universitetin 5 fakültəsindən 51 nəfər tələbənin iştirak etdiyi tədbirdə tələbələrə mövcud qanunvericiliklər izah edilib, müzakirələr aparılıb, gəncləri maraqlandıran suallara cavab verilib. 
 
Görüşdə ehtiyacı olan iki nəfər hüquqi yardım almaq üçün Gəncə Regional Qadın Mərkəzinin nəzdində fəaliyyət göstərən Yardım Mərkəzinə yönləndiriliblər.