Şuranın dəstəyilə “Sağlam bədən, sağlam ruh, güclü dövlət” devizi altında maarifləndirici tədbirlər təşkil ediləcək

qhtxeber.az  “İctimai İştirakçılığın Dəstəklənməsi" İсtimai Birliyi Siyəzən və Şabran rayonları ərazisində ““Sağlam bədən, sağlam ruh, güclü dövlət” devizi altında maarifləndirici tədbirlərin təşkili” adlı layihə həyata keçirməyə başlayıb. 
 
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə keçirilir.
 
Birliyin rəhbəri Şaban Nəsirov qhtxeber.az-a layihə haqqında məlumat verərək bildirib ki, layihənin məqsədi bölgələrdə cəmiyyəti bu mövzuda məlumatlandırmaq və gəncləri pis vərdişdən çəkindirməyə yardımçı olmaqdan ibarətdir. "Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur”.