Şuranın dəstəyilə bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat işləri gücləndiriləcək

qhtxeber.az  “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Bölgələrdə insan alverinə qarşı mübarizə üzrə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə start verib.
 
Layihə çərçivəsində insan alveri ilə mübarizə üzrə Ucar, Göyçay, Ağdaş, Qəbələ,  Zaqatala rayonlarında maarifləndirici tədbirlər keçiriləcək və potensial qurbanların ən çox rast gəlindiyi yerlərdə maarifləndirici vəsaitlər paylanılacaqdır.