Şura “Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyaların hazırlanması”nı dəstəkləyir

qhtxeber.az  “Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Gənc xanımlarla qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyaların hazırlanması” layihəsini icra edir.
 
Layihənin əsas məqsədi ənənəvi milli qədim tikmə sənət növlərimizin müasirlik əlavə etməklə yaşadılmasıdır. Bu qədim bədii tikmə sənəti növlərini tətbiq etməklə məişətdə istifadə edilən əşyaların hazırlanmasıdır. 
 
Layihənin həyata keçirilməsində məqsədlərdən biri də, xalqın qədim milli-mənəvi dəyərlərindən olan tikmə sənətinin müasir həyat tərzinə tətbiq etməklə qadınlar arasında təbliğ etməklə yaşatmaqdır. Xalqımız qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyaya gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından - pərdə,  örtük və dəsmallarda, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra edilmişdir. Bu sənətin yaşadılmasına ehtiyac var. Dünyanın ən zərif sənət növlərindən sayılan tikməçilik sənətini təbliğ və təşviq edərək, qoruyub saxlamaq, bu sənətimizin ənənələrinə yiyələnən yeni nəsl yetişdirmək üçün fəaliyyətləri gücləndirmək layihənin əsas vəzifələrindəndir.