Şuranın dəstəyilə QHT-lərə təşkilati-texniki xidmətlər göstəriləcək

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mingəçevir Regional Qeyri Hökumət Təşkilatlarınin Resurs və Təlim” İctimai Birliyi “Mərkəzi Aran regionunda həyata keçirilən layihələrin monitorinqi və QHT-lərə təşkilati- texniki xidmətlərin göstərilməsi” layihəsinin icrasına başlayıb.
 
Layihə regionda Vətəndaş Cəmiyyəti qurumlarının inkişafına dəstək verməklə onların cəmiyyətin inkişafında aparıcı rolunu təmin etmək məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsindən, onlara hüquqi və texniki yardımın göstərilməsindən və regionda həyata keçirilən layihələrin monitorinqinin təşkil edilməsindən bəhs edir.
 
 
Layihənin məqsədi yerli QHT-lərin bilik və bacarıqlarını artırmaqla onların fəaliyyətini stimullaşdırmaq, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmalarına dəstək verməklə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmələrinə nail olmaqdan ibarətdir.
 
Layihə çərçivəsində respublikanın mərkəzi aran bölgəsində Şura tərəfindən maliyyələşdirilmiş layihələrin icra vəziyyətinin monitorinqinin aprılması, bundan əlavə yerli QHT-lərin bilik və bacarıqlarının artırılması məqsədi ilə təlimlərin və məlumatlandırma seminarlarının təşkil olunması, region QHT-ləri haqqında Regional Profilin hazırlanması və digər işlərin görülməsi nəzərdə tutulur.