Şuranın dəstəyilə məktəblilər Abşeron Milli Parkı ərazisində ekoloji maariflənəcəklər

qhtxeber.az  Xəbər verdiyimiz kimi, Eko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ““Məişət tullantılarsız çevrəmiz” mövzusunda məktəblilərin iştirakı ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinə start verib.
 
Layihənin həyata keçirilməsində məqsəd məktəblilərin, ekoloji maarifləndirilməsi və onların təbiət ərazilərinin çirklənmələrdən qorunması işində fəallıqlarını artırmaqdır. 
 
Layihə çərçivəsində ilk tədbir Sabunçu rayonu Bakıxanov qəsəbəsi Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə Abşeron Milli Parkı ərazisində həyata keçirəcək. 
 
Qeyd edək ki, Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli parkın yaranmasına səbəb buranın fauna və florasını qorumaqdır. Parkın ərazisi kiçik olsa da, zəngin heyvanat aləmi, bitki örtüyü var. Milli Park Bakının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşir.