“Kənd təsərrüfatının inkişafına ictimai dəstək” yekunlaşıb

qhtxeber.az  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Uğurlu Gələcək İctimai Birliyi tərəfindən həyata keçirilən “Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsi uğurla yekunlaşıb. 
 
Layihənin keçirilməsində əsas məqsəd regionlarda yaşayan gənclərin biznes ideyalarının həyata keçirilməsi və sahibkar kimi formalaşması,  gənc fermerlərin ilkin kapitalının yaradılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdir. 
 
 
Layihədən birbaşa olaraq 200-dən artıq gənc faydalanıb. Layihə çərçivəsində “gənclərin məşğulluq imkanlarının artırılması”, “texnoloji yeniliklərin tətbiq edilməsi və ətraf mühitin qorunması” mövzuralında müxtəlif təlimlər keçirilmişdir. 
 
Tədbirin yekununda layihə rəhbəri İsmayıl İsayev “Kənd təsərrüfatının inkişafına ictimai dəstək” layihəsinin uğurla başa çatdığını, layihədən bir çox gəncin birbaşa bəhrələndiyini vurğulamış və gələcəkdə daha böyük miqyasda layihəni davam etdirmək istəyini bildirmişdir.