Şuranın dəstəklədiyi layihənin məlumatlandırma tədbiri təşkil olunacaq

qhtxeber.az  “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Əlilliyi olan gənclərin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlərin təşkili” layihəsinin icrasına başlayıb.
 
ƏSMİD İctimai Birliyinin ofisində idarə heyətinin növbəti iclası keçirilib. İclasda idarə heyəti, təftiş komissiyası, təşkilatın mətbuat xidməti və İctimai Birliyinin nəzdində faəliyyət göstərən “Gənc Əlillərə” Dəstək Mərkəzinin rəhbəri iştirak edib.
 
Təşkilatın rəhbəri Səbinə Kərimovaya layihənin hazırlıq mərhələsi ilə bağlı görülən işlər barədə məlumat verib və İctimai Birliyinin nəzdində faəliyyət göstərən “Gənc Əlillərə” Dəstək Mərkəzinin rəhbəri Səfanə Dadaşzadə təşkilatın üzvləri üçün layihə barədə məlumatlandırma tədbirinin keçirilməsinin vacibliyini vurğulayıb. 
 
Qeyd edək ki, İdarə heyətinin qərarı ilə 19 may tarixində layihə barədə məlumatlandırma tədbiri təşkil olunacaq.