Şura “Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək” verir

qhtxeber.az  “İnnovativ Media” JPAD İctimai Birliyi Azərbaycan Respublikasının Prezdenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Bakı şəhərində “Sosial şəbəkələrdə milli maraqların qorunması ilə bağlı jurnalistlərin rolunun artırılmasına dəstək” adlı seminar keçirəcək. 
 
Seminarın keçirilməsində məqsəd sosial şəbəkələrdə yaranmış qruplar və onların fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparmaqdır. Sosial şəbəkələrdən dövlətin və cəmiyyətin mənafeyi xeyrinə necə istifadə ediləcəyi ilə bağlı məlumat veriləcək. Eyni zamanda dövlətin milli maraqlarına cavab verməyən informasiyaların yayılmasına qarşı mübarizə, onun qorunması ilə bağlı fəaliyyətin necə təşviq edilməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq.
 
Seminarda “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri Aynur Nəsirova, BDU tədris studiyasının müdiri Ramin Rzayev və PhD, jurnalist Almaz Nəsibova çıxış edəcəklər. 
 
Qeyd edək ki. seminar 24 may saat 11-00-da BDU-da keçiriləcək. Əlaqə:  050 556 23 75 Aynur  Nəsirova – “İnnovativ Media” JPAD İctimai Birliyinin sədri, email:nasibovabesti@gmail.com