QHT-nin xeyriyyə aksiyası davam edir

qhtxeber.az  “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Müqəddəs Ramazan ayı boyunca Bakıda xeyriyyə aksiyalarını uğurla davam etdirir.
 
 
qhtxeber.az-a daxil olan məlumata görə, QHT-nin sədri Sevinc Əzimbəyli və şərqşünas Seyid Camal Əzimbəyli səhər tezdən, imsak vaxtı Bakının təmizliyinin keşiyində duran zəhmətkeş insanları Müqəddəs Ramazan ayı münasibətilə ziyarət edib, paytaxtın müxtəlif küçə və prospektlərində çalışan bu fədakar insanlara Ramazan sovqatı paylayıblar. 
 
 
Akasiya zamanı təşkilat sədri S. Əzimbəyli bildirib ki, Ramazan ayı bağışlanma və fürsət ayıdır: “Biz bu mübarək ayda demək olar ki, hər gün çoxlu sayda şəhid və qazi ailələrini ziyarət edirik. Bu gündə orucluğun ən bərəkətli çağında, imsakda doğma şəhərimizin daima təmizliyinin keşiyində duran cəfakeş insanları sevindirməyi qərara aldıq. Bütün zənginləri ilahi fürsət ayında imkansızları sevindirməyə səsləyirəm. Unutmamalıyıq ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmaz”.
 
 
Paytaxtın təmizliyini qoruyan insanlar diqqət və qayğıya görə təşəkkür ediblər.