Çox gözəl bir iş bacarmısız dostlar!

Nadir Adilov


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS-Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sisteminə daxil olan elektron xidmətlərin yerləşdiyi www.e-qht.az saytı ilə bu gün daha yaxından tanış oldum.
 
Yeni dizaynda və tam müasir tələblər çərçivəsində istifadəyə verilən portal çox mükəmməldir.
Gənclik illərimizdə vahid məkan üzərindən bütün resurslara asan çıxış Vətəndaş cəmiyyəti sektoru nümayəndəsi kimi bizim də arzumuz idi.
Zaman - zaman aparılan islahatların, yeni trendlərə uyğunlaşmanın bu gün Vətəndaş Cəmiyyəti sektorundan da yan keçməməsi vətəndaş olaraq məni çox sevindirir.
 
Vətəndaş mövqeyim ondan ibarətdir ki, ödədiyimiz vergilərin vasitəsi ilə formalaşdırılan layihə idarəetmə sistemlərini daha şəffaf və daha səmərəli və səlis bir vasitə ilə idarə edilməsi çox tədqirəlayiqdir.
 
Şəffaflığın artırılması, korrupsiya ilə mübarizə və eyni zamanda informasiya resurslarına çıxışın bu qədər çevik, asan və olmasını görmək qürurvericidir.
 
Fürsətdın istifadə edib Azay Quliyev başda olmaqla, bu işdə əməyi keçən hər kəsə, bütün Şura əməkdaşlarına vətəndaş olaraq təşəkkürlərimi çatdırəram.
 
Çox gözəl bir iş bacarmısız dostlar var olun.