Azay Quliyev e-vətəndaş proqramında iştirak aktivliyinə görə təşəkkür etdi

qhtxeber.az  "Bu gün Şuraya təqdim olunan layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi uğurla başa çatdı. SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk dəfə tətbiq olunmasına baxmayaraq 11358 nəfər bu prosesdə iştirak etdi".
 
Bu sözləri Şura sədri Azay Quliyev tvitter hesabında yazıb. 
 
Azay Quliyev  yüksək fəallıq nümayiş etdirən hər kəsə təşəkkür edib.
 
Qeyd edək ki, Şuranın yeni brendi olan #SƏLİS Xidmətinə daxil olan e-vətəndaş proqramı ilə QHT-lər tərəfindən təklif olunan layihələrə ilk dəfə olaraq vətəndaşların rəy vermək imkanı yaradıldı. 14 may-07 iyun tarixlərini əhatə edən qiymətləndirmə mərhələsində 11 358 vətəndaş iştirak etdiyi statistik göstərcilərlə təsdiq olunur. Bu isə ilk dəfə tətbiq olunmasına baxmayaraq vətəndaşların QHT layihələrinə böyük marağının göstəricisidir.