Şura istefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərin reabilitasiyası ilə bağlı vəziyyətin öyrənilməsini dəstəkləyir

qhtxeber.az  «Cəмiyyətin və vətəndаş мünаsibətlərin inкişаfı» İctimаi Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi «İstefada olan hərbçilərin, müharibə iştirakçılarının və əlillərin reabilitasiyası ilə bağlı vəziyyətin öyrənilməsi və bu sahədə islahatların aparılmasına ictimai dəstəyin göstərilməsi» layihəsini icra edir.
 
Layihə çərçivəsində Şirvan şəhərində tədbir  keçirilib. Tədbirdə ekpert İ. Kərimov mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veribr. Sonda tədbir iştiraçılarının çoxsaylı sualları cavablandırııb. 
 
Qeyd edək ki, layihə   gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi istuiqamətində dövlətimizin həyata keçirdiyi siayasətə dəstək olmaq, кеçmiş hərbçilərin, еhtiyаtdа оlаn zаbitlərin, müharibə veteranlarının və əlillərin vəziyyətinin öyrənilməsi, onlarla bağlı problemlərin araşdırılması, onların ehtiyac və tələblərinin aşkarlanması məqsədi ilə həyata keçirilir.