Şuranın dəstəyilə Azərbaycan Memarlıq və İnşaat Unversitetində Dəyirmi masa keçirilib

qhtxeber.az  Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə ““2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili” layihəsini icra edir.
 
Layihənin əsas məqsədi “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsini həyata keçirməklə, ali təhsil müəssisələrinin tələbə və müəllim heyətini Proqramın müzakirəsinə cəlb etməklə ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılmasına və müasir təhsilimizin formalaşmasına nail olmaqdır.
 
Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında “Ali təhsil müəssisələrində ikili diplom proqramlarının həyata keçirilməsi perspektivləri və problemləri” mövzusunda Dəyirmi masa keçirilib. Tədbiri açıq elan edən Fondun icraçı direktoru O. Naqdiyev əvvəlcə Fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə danışıb. Sonra hazırda Fond tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra olunan ““2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimayi müzakirəsinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə Dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. 
 
Sonra AzMİU-nun kafedra müdiri, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Parisin CNAM Universiteti arasında ikili diplom proqramının koordinatoru  Nurməmməd Məmmədov çıxış edib. O, öz çıxışında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının mahiyyəti, ali təhsil müəssisələrində ikili diplom proqramlarının həyata keçirilməsinin perspektivləri və problemləri ilə bağlı geniş məlumat verib. O, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması yolları, xaricdə təhsil almış gənc məzunların potensialından istifadə imkanları və gənclərin xaricdə təhsil almaq imkanları və s. kimi Proqramda qarşıya qoyulmuş məsələlərə toxunub.
 
Müzakirə olunan mövzu ilə bağlı iştirakçılarla aktiv müzakirə aparılıb. 
Dəyirmi masada iştirakçılarna mövzu ilə bağlı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və bukletlər təqdim edilib.