"Milli qəhramanlarımızı tanıyıb yaşadaq" mövzusunda tədbirlərin təşkili yekunlaşıb - Şuranın dəstəyilə

qhtxeber.az  “Gənclərin Tənhalara Dayaq” İctimai Birliyi hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Milli qəhramanlarımızı tanıyıb yaşadaq" mövzusuda tədbirlərin və yazı müsabiqəsinin keçirilməsinin təşkili layihəsinin çərcivəsində sonuncu tədbiri keçirib. 
 
Layihə çərçivəsində gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi məqsədi ilə Bakı şəhərinin Xəzər rayonu üzrə 28 nəfər olmaqla inşa müsabiqəsi keçirilib.
 
Tədbirdə Azərbaycan Respublikası Bakı şəhəri BPİ Mətbuat Xidmətinin əməkdaşı Rəşad Mehtiyev, Baş polis idarəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi polis mayoru Zaur Əlizadə və Qarabağ müharibəsi veteranı Azər Əhmədov iştirak ediblər.
 
Qeyd edək ki, layihənin başlıca məqsədi yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, vətənə sevgi aşılamaq, onların xalqımızın gələcəyi üçün önəm daşıyan vətənə sədaqət ruhunda tərbiyə olunmalarına yardım göstərməkdir.