Şəkidə gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimləri keçirilib

qhtxeber.az  İyunun 12-dən 16-dək Şəki ASAN xidmətdə təşkil edilən gənc xanımlar üçün digital marketinq, biznes və liderlik təlimlərinə müvəffəqiyyətlə yekun vurulub. 
 
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən Qadın İştirakçılığı Programı Counterpart İnternational təşkilatı tərəfindən icra olunur. 
 
Təlim proqramı çərçivəsində Şəki və ətraf bölgədən olan 30 nəfər qadın iştirakçıya 5 gün ərzində sahibkarlıq, biznes planın və marketinq strategiyasının hazırlanması, komanda işinin təşkili, maliyyə hesabatlılığı, ünsiyyət bacarıqları, şəxsi inkişaf və liderlik modulları üzrə təlim sessiyaları təşkil olunub.
 
Təlimləri Gülnarə İsmailovanın rəhbərlik etdiyi təlimçilər qrupu – Seymur Quliyev, Tural Abbaslı və Seymur Kazımov aparıb.
 
Təlimi uğurla başa vuran qadınlar ABŞ İnkişaf Agentliyinin və Counterpart İnternational təşkilatının diplomları ilə təltif olunub.