Şuranın dəstəyilə Dəyirmi masa: “Xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili problemləri”

qhtxeber.az  Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili” layihəsini icra edir.
 
Layihə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin konfrans zalında “Xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili problemləri” mövzusunda Dəyirmi masa keçirilib. 
 
Tədbiri açıq elan edən Fondun icraçı direktoru O. Naqdiyev əvvəlcə fondun tarixi, fəaliyyət istiqamətləri, bu günə qədər həyata keçirilən layihələr barədə ümumi məlumat verdikdən sonra hal-hazırda fond tərəfindən Şuranın dəstəyilə icra olunan “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ictimai müzakirəsinin təşkili” layihəsinin məqsədi, əhəmiyyəti və fəaliyyət planı barədə Dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. 
 
AzMİU-nun kafedra müdiri, professor, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Parisin CNAM Universiteti arasında ikili diplom proqramının koordinatoru Nurməmməd Məmmədov çıxışında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının mahiyyətindən ali təhsil müəssisələrində ikili diplom proqramlarının həyata keçirilməsinin perspektivləri və problemləri ilə bağlı geniş məlumat verib. O, ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması yolları, xaricdə təhsil almış gənc məzunların potensialından istifadə imkanları və gənclərin xaricdə təhsil almaq imkanları və s. kimi Proqramda qarşıya qoyulmuş məsələlərdən danışıb.
 
Mövzu ilə bağlı aktiv müzakirə aparılıb. Dəyirmi masada iştirakçılara mövzu ilə bağlı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və bukletlər təqdim edilib.