Şuranın dəstəyilə əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzi təşkil edilib

qhtxeber.az  “Sosial Dayaq” İctimai Birliyi Siyəzən rayonunda Azərbaycan  Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyilə “Əlilliyi olan uşaq və gənclər üçün sosial reabiltasiya mərkəzinin təşkili” layihəsini həyata keçirir. 
 
Layihə çərçivəsində müxtəlif əlilliyi olan uşaqlar və gənclər müəyyən edilib, onların ilkin  ehtiyacları öyrənilib. Uşaqlarda aşkar olunmuş problemlər eyni zamanda, az da olsa gənclərdə də aşkar edilib. Bəzi valideyinlər  imkansızlıqdan  və məlumatsızlıqdan uşaqlarına ilkin yardım etməmiş və nəticədə 17 yaşlı gənclərd  nitq geriliyi yaranmışdır.  
 
Təşkil edilmiş təlimlərdə gənclərin də iştirak etməsinə şərait yaradılıb və onlara mümkün qədər köməklik göstərilir. Təlimlər zamanı elektron vəsaitlərdən də istifadə edilir. Layihədə çalışan mütəxəssislər hər bir valideyni öz uşağının ehtiyacına uyğun maarifləndirir. Layihənin məqsədləri barədə ətraflarında olan insanları məlumatlandırmalarını tövsiyə edirlər.