Şuranın dəstəyilə turnir kecirilib

qhtxeber.az  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai birliyi “Sərhədyanı rayonlarda narkomaniyaya qarşı geniş mübarizə tədbirlərinin təşkili” adlı layihəsinin icrası çərçivəsində gənclər və yeniyetmələr arası “Narkotiksiz Sağlam Həyat” devizi altında Qol Güləşi üzrə açıq Qazax rayon turniri kecirib.
 
Turnirdə ilk öncə cıxış edən layihənin könüllüsü Əliyev Əli layihə və onun mahiyyəti haqda iştirakcılara ətraflı məlumat verib.
 
Turnirin acılışı zamanı "Gəncliyin Təşəbbüsü"Maarifləndirmə İctimai Birliyinin sədri Azər Əliyev layihə və donor haqda iştirakcılara ətraflı məlumat verib.
 
Sonra Qazax rayon Gənclər və idman İdarəsinin rəis müavini Şahin Namazov,  Qazax Gənclərinin İnkişaf və Karyera mərkəzinin direktoru İsmayil Suleymanov, Qazax Təhsil şöbəsinin nümayəndəsi Pərviz Alməmmədov və digər qonaqlar layihənin önəmi haqda danışıblar və turnit iştirakcılarına uğurlar arzulayıblar.
 
Layihə rəhbəri A. Əliyev turniri acıq elan edib və iştirakcılar Dövlət himnini ifa etdikdən sonra Qol Güləşi turnirə start verilib. 
 
Turnirdə 4 rayonun (Qazax,Ağstafa,Tovuz və Qovlar) 8 komandasından 124 idmançı iştirak edib. Kecirilən turnir idmançı sayının coxluğu ilə xususi seçilib. Gərgin idman mübarizəsi şəklində kecən görüşlər nəticəsində 13 çəki üzrə qaliblər müəyyən edilib. Komanda hesabında 21 medalla Qazax komandası 1-ci yerə, 10 medalla Tovuz komandası 2-ci yerə və 8 medalla Ağstafa komandası 3-cü yerə cixıblar. Qalib komandaların idmancıları diplom və medallarla mükafatlandırılıb.