Şuranın dəstəyilə Dəyirmi masa keçirilib

qhtxeber.az  «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Milli maraqların müdafiəsi: sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və vətəndaş təssübkeşliyi” layihəsini icra edir.
 
Layihə çərçivəsində Beylaqan rayon Mədəniyyət Mərkəzinin akt zalında Dəyirmi masa keçirilib. 
 
Layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədinin sosial şəbəkələrdən istifadə edən vətəndaşlarımizla milli mənafeyimiz və dövlətimizın təhlükəsizıyi ilə bağlı mövzularda müzakirələr aparmaq oldugunu bildirib və mövzu haqqında ətraflı çıxış edib. 
 
 
Tədbirdə Beyləqan rayon Mədəniyyət Mərkəzinin direktoru İxtiyar Məhəmmədli, Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoru Gültəkin Məmmədova, rayon Gənlər və İdman İdarəsinin rəisi Bakir Həsənov və digər rayon ziyalıları çıxış ediblər. 
 
Qeyd edək ki, analoji tədbirlər 5 iyulda Astara, 19 iyulda Ağstafa və 2 avqustda Bərdə rayonlarında keçirilməsi planlaşdırılıb.