Yeni sistemin detalları açıqlanıb

Daşınmaz əmlakın icbari sığortası mexanizminin həyata keçirilməsi üçün elektronlaşma vacibdir. 
 
qhtxeber.az azvision.az-a istinadən xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. 
 
O bildirib ki, bununla bağlı təkliflər Tədbirlər Planında nəzərdə tutulub. "Baş nazir tərəfindən 21 may tarixində Tədbirlər Planı imzalayıb. Azərbaycanda sığorta şəhadətnamələrinin vahid informasiya sistemində yazılması həyata keçiriləcək. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi ilə inteqrasiya həyata keçirildikdən sonra müxtəlif mexanizmlərlə bunun 100 faizə çatdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası və digər qurumlarla işləri həyata keçirəcəyik". 
 
R. Əhmədov qeyd edib ki, Tədbirlər Planında sərnişinlərin icbari sığortasında sığortlanmanın nisbətinin yüksək olması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə inteqrasiyanın həyata keçirilməsi üçün detallar mövcuddur. 
 
Onun sözlərinə görə, şəhərdaxilində sərnişinlərin sığortalanmasına dair qanuna dəyişiklik edilməsi üçün təkliflər Tədbirlər Planında nəzərdə tutulub.