Şura SƏLİS-in e-razılaşdırma proqramından istifadəyə dair videoçarxı təqdim edir

qhtxeber.az  Şuranın cənab Prezident İlham Əliyevin dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması qaydasının təsdiq edilməsi haqqında 21 oktyabr 2015-ci il tarixli fərmanına uyğun olaraq dövlət orqanları tərəfindən layihələrin Şura ilə razılaşdırılması qaydasının icrasını təmin etmək məqsədilə elektron proqramı fəaliyyət göstərir. 
 
Şura bu proqramdan istifadə qaydaları ilə bağlı videoçarx hazırlayıb. 
 
Dövlət qurumları layihələri razılaşdırmaq üçün Şuranın e-qht.az elektron xidmətlər portalının “Şura ilə layihələrin razılaşdırılması” bölməsinə daxil olduqdan sonra icra edəcəyi fəaliyyət aydın dillə infoqrafikada izah edilir.