Azay Quliyev yenidən və yekdilliklə ATƏT PA-nın 2022-ci ilədək vitse-prezidenti seçilib

Bu dəqiqələrdə Lüksemburqda keçirilən ATƏT PA-nın yekun plenar iclasında Assambleyanın rəhbər heyətinin seçilməsi ilə bağlı səsvermə keçirilib. 
 
qhtxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yenidən və yekdilliklə 2022-ci ilədək bu vəzifəyə seçilib.
 
Səsvermənin nəticələri ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan dövlətinin beynəlxalq arenada qazandığı böyük nüfuzun daha bir göstəricisidir.